Рейтинг на сайте 48  Место 158851
Трибуна Пользователь
Fuad474, Fuad474
Комментарии23
Статусы1

Fuad474

Дата регистрации 18 ноября 2012
Аккаунт новичок
Настоящее имя Fuad İlqar Sherifov
Пол мужчина
Возраст 35
Email fuad474@mail.ru
Любит
Читает блоги

Статусы

Fuad474
Fuad474 - редактирование статуса
Montella`nın Corriere dello Sporta müsahibəsi

Donnarumma: O Milan`da qalmaq qərarını verdi, çünki hazırda onun karyerasının bu dönəmində ən ideal qərar elə bu idi və mən inanıram ki, O Milan`da daha da çox inkişaf edəcək. Komanda Gigio`nu saxlamaqla böyük işin öhdəsindən gəldi.

Yeni hücumçu: Biz hücum xətti üçün bir neçə futbolçunun namizədliyini nəzərdən keçiririk. Onların hər biri fərqli
... Читать дальше xarakterə sahib olsalar da, bizim oyun fəlsəfəmizə uyğundurlar.

Bonucci: Gəlin belə deyək də, bu transfer pəncərəsində ələ düşən ən yaxşı imkan idi. Əks halda bu mümkünsüz idi, amma komanda rəhbərliyi bunun reallaşması üçün böyük iş gördü. Leo həm şəxsiyyət , həm də futbolçu kimi komandaya çox şey verə bilər. Bu bizim üçün çox böyük güclənmə oldu. O özünün əsl professionallığını göstərib, komandaya ideal formada qatıldı.

Yeni kapitan: Biz bu haqda düşünürük. Bu qərar rəhbərlik, futbolçular və məşqçilərin birgə iştirakı ilə verilməlidir. Bu seçimdə azarkeşlərdə iştirak etməlidir. Bonucci və Biglia Milan`nın yeni kapitanı olmağa namizədlər arasındadırlar.

Komanda haqqında: Hər məşqçi komandanın cavabdehliyini öz üzərinə götürmək gücündə deyil. Mən öz futbolçularımdan razıyam, onlara görə öz üzərimdə böyük cavabdehlik hiss edirəm, həmçinin də böyük motivasiya. Komanda konkret məqsədlər üçün çalışır. Sözsüz ki, yeni futbolçuların uyğunlaşması üçün müəyyən vaxta ehtiyac var, belə ki, onların sayı 10 nəfərdir axı. Xüsusilə də başqa liqadan gələn futbolçular, həmçinin onların cavan olduqlarını da nəzərə alsaq, o halda daha çox zamana ehtiyac olacaq. Bununla yanaşı Milanın yeni layihəsi məni çox heyrətləndirir. Bütün bunlar planlaşdırılmış şəkildə həyata keçirilir və mən uzun illər Mianda qalmağı planlaşdırıram.

UCL haqqında: Biz bacardıqca daha tez komandanı formalaşdırmalıyıq ki, UCL bizim üçün əlçatan olsun. Bu turnirə qatılmamaq istər maliyyə, istərsə də klubun imici baxımından böyük zərbə olardı. Hərçənd İtaliyada bunun üçün böyük rəqabət mövcuddur. Elə klublar var ki, bizdən zəif transfer dönəmini keçirirlər, amma planlaşma baxımından hələ bizdən bir addım öndədirlər. Biz potensial baxımından çox güclü futbolçular transfer etdik, çünki məqsəd İtaliya futbolunun və klublarının səviyyələrinə çatmaqdır.

Craiova ilə oyun: Mən bu turnirin hər oyununa qarşı böyük məsuliyyətlə yanaşıram. Futbolçular həftənin ortasında oyun keçirməyə alışmalıdırlar. UEL – bizim şansımızdır və UCL üçün əla hazırlıqdır.

Rəqiblər barədə: Daha yaxşı güclənən klublardan biri Napoli`dir, belə ki, onlar komandanın demək olar ki, bütün əsas fiqurlarını heyətdə qoruyub saxlamağı bacardılar. Düzdü transfer pəncərəsinin sonuna hələ çox var və hər şey dəyişə də bilər, amma sürprizlər olmasa fikrimcə Scudetto uğrunda mübarizədə Juventusa ən əsas rəqib Napoli ola bilər. Bu yay Serie A bütün dünyaya özünü çox yaxşı tərəfdən göstərməyi bacardı, belə ki, klublar böyük investisiya yatırıb, yaxşı transferlər edirlər. İtaliya futbolunun nüfuzu yenidən qalxır. Juventusa gəlincə onlarda çox yaxşı gücləniblər, amma öncədən nəyisə demək də asan deyil ki, yeni futbolçular özlərini tam doğruldacaq ya yox. Mən o komandaya və məşqçiyə inanıram, hansı ki, O uzun illər eyni komanda ilə stabil olaraq çalışır.

Totti: Bu çox təsirli gediş idi, amma bu cür hadislərdən qaçmaq mümkünsüzdür. Onun vidalaşmasını izləyərkən mən çox kədərləndim. Onun ən böyük qələbəsi – azarkeşlər tərəfindən həmin gün ona edilən bu cür böyük sevgi idi.

#Montella #Milan

Комментарии

Спасибо

| К записи в блоге Моя Италия
0

Super. Grazie

| К записи в блоге Моя Италия
-1

Зачем так разница у Конти?

Друзья

Подписчики